S.Peres: Uğur qazanmağa davam etməliyik

Red Bull ilk iki yarışı qələbə dublu ilə başa vurub və onlar bu uğuru tam fərqli xarakteristikaya sahib Melburn trasında da davam etdirmək niyyətindədirlər.

F-1.az xəbər verir  ki, meksikalı sürücü bu uğuru davam etdirməsələr, bir mənasının olmayacağını düşünür.

Serxio Peres: “Komanda və Ciddədəki çıxışımızla fəxr edirəm. Mən bütün həftə sonunu inamla keçirdim və bu, bu mövsümün əsas vəzifələrindən biri idi – üç gün ərzində inamla irəliləmək.

Lakin ilk iki yarışdakı uğuru möhkəmləndirmək lazımdır. Bəhreyndə və Səudiyyə Ərəbistanında çox fərqli traslarda yarışdıq, Avstraliyadakı mərhələ bizim və maşınımız üçün daha bir sınaq olacaq. Əla sürətimiz var, etibarlılığı artırmaq üzərində ciddi işləyirik.
2023-cü il mövsümünün əyləncəli başlanğıcı oldu, lakin eyni səviyyədə çıxış etməyə davam edə bilməsək, bunun mənası olmaz”.
, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*