Williams komandası satılır

Williams qrupu şirkətin gələcəyini düşünmək üçün strayeji addım ataraq Formula1 komandasının bir hissəsini, hətta, hamısını satmaq istəyir.

F-1.az bildirir ki, britaniyalı şirkət koronavirus pandemiyasına görə cümə günü mətbuata açıqlama verib və Formula1 komandasını satmağı düşündüklərini bildiriblər: “Williams Grand Prix Holding idarə heyəti olaraq hər şeyi təhlil edirik. Alternativlər arasında holdinqin bir hissəsini və ya hamısını satmaq var. Hələ qərar verməmişik. Ancaq rəsmi satış prosesini başladırıq. Hələki çox az sayda müştəri ilə danışıqlar olub”.

Holdinqin gəliri 2018-ci ildə 176.5 milyon funt idi. 2019-cu ildə bu rəqəm 160.2 milyon funta qədər düşüb. Formula1 komandasının gəliri isə 2018-ci ildə 130.7 milyon funt olduğu halda, 2019-cu ildə 95.4 milyon funta düşüb. 2018-ci ildə 16 milyon funt xeyirləri olduğu halda, 2019-cu ildə 10.1 milyon funt ziyana düşüblər.

Şirkətin idarə heyətinin rəhbəri Mayk O’Driskoll bu zərəri Formula1 komandasının performansına bağlayıb: “2019-cu ildəki zərərin səbəbi Formula1 komandasının zəif performansıdır. Oradan daha az pul qazandıq. İki mövsüm 3-cü, iki mövsüm 5-ci olduğumuz gözəl mövsümlərdən sonra çətin illəri geridə buraxdıq. Son 9 ayda yenidənqurma işləri apardıq və texniki cəhətdən gücləndik. Ancaq builki mövsüm Koronavirus pandemiyasından təsirləndi. Bu da bizim gəlirlərimizə təsir etdi”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*