Finişdən sonra FİA bunun necə baş verdiyi barədə qısa izahat yayıb.
“B5.13.5 maddəsində, Təhlükəsizlik Maşınının trasda olmasını tənzimləyən qaydada göstərilir ki, bir dövrə geri qalmış maşınların liderlə eyni dövrəyə qayıda bilməsi üçün prosedur başa çatdıqdan sonra daha bir dövrə vurulmalıdır, – deyə FİA-nın bəyanatında bildirilib. – “TM dövrənin sonunda trası tərk edəcək” mesajı proqram təminatındakı xəta səbəbindən səhvən göstərilmişdi”.





