Tech3 GasGas rəng çalarını təqdim edib

Tech3 komandası bu il GasGas adı altında baza komandası statusunda yarışacaq. Onlar yeni rəng çalarını təqdim ediblər.

F-1.az bildirir ki, Tech 3 komandası daha əvvəl 20 il Yamaha-nın müştəri komandası olub və 2019-cu ildə KTM-dən motor almağa başlayıb. O dövrdən sonea komanda Red Bull Cola rəng çalarında yarışıb. 2023-cü ildən isə KTM aid olan GasGas adı altında yarışacaq.

Komanda tamamilə qırmızı rəngə boyanıb və motosiklet gözəl görünür. Onlar bu il KTM-lə yarışacaqlar və iki ədəd son versiya RC16 motosikletləri olacaq.

Keçən il komanda üçün Remi Qardner və Raul Fernandes yarışmışdı. Lakin iki sürücü də zəif performans göstərmiş və cəmi 27 xal toplamışdılar.

KTM-in rəhbəri Pit Breyer də debütant sürücülərin performansından narası qalmışdı.

Komanda bumil Avqusto Fernandes kimi debütantla yarışacaq. Onun komanda yoldaşı Honda ilə çətin iki mövsüm keçirən Pol Esparqaro olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*