Smedli: Red Bull-a hələ çatmaq olar

Formula1-in texniki məsləhətçisi Rob Smedli hesab edir ki, mövsüm irəlilədikcə rəqiblər hələ də Red Bull-a çata bilərlər.

F-1.az xatırladır ki, avstriyalılar mövsümə çox güclü başlayıblar və 3 yarışdan sonra bütün poul və qələbələri sıralayıblar…

Rob Smedli: “Mövsümün əvvəlində Red Bull-un üstünlüyü məni bir az təəccübləndirdi, lakin onların təqibçiləri – komandalar və sürücülər – maşınlarından daha çox yararlanmaq üçün vaxta ehtiyac duyurlar.

Məndə elə bir hiss var ki, onlara hələ çatmaq olar. Sıralanma turunda nəticələr çox yaxındır və rəqiblərin şansı var. Yarışda, bəli, Red Bull bolidi çox sürətlidir, amma düşünməməlisən: “Bitdi, onlara çata bilməzsən”.

Bəli, əvvəlcə təsəvvür etdiyinizdən bir qədər irəlidə idilər, amma yenə də üstünlük bəzi komandaların üstünlüyü kimi böyük deyil”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*