Saxir, 16 fevral

İkigünlük fasilədən sonra çempionatın üç komandası – Ferrari, BMW Sauber və Toyota Bəhreyndə Saxir trasında testlərini davam etdiriblər. Dördgünlük test […]

İkigünlük fasilədən sonra çempionatın üç komandası – Ferrari, BMW Sauber və Toyota Bəhreyndə Saxir trasında testlərini davam etdiriblər. Dördgünlük test seriyasının elə birinci günündə hava əla olub. Protokollara isə BMW Sauber komandasının test pilotu Kristian Klin başçılıq edib, avstriyalı sürücü həm də günün ən böyük məsafəsini qət edib. Komanda mexanika və aerodinamika ilə işləyib, müxtəlif tərkibli sliklərin xarakteristikalarını müqayisə edib. Sabah Klini Nik Haydfeld əvəz edəcək…

İkinci nəticəni Kimi Rəykkönen göstərib, Ferrari yeni F60-ın sazlanması ilə məşğul olub, komanda uzun seriyalı dövrələrdə maşınıns azlanmasının bir neçə variantını yoxlayıb. Yarno Trulli isə üçüncü olub…

Nəticələr belə olub:

Pilot Komanda Motor Vaxt Dövrə
1. K.Klin BMW Sauber BMW 1:32.544 131
2. K.Rəykkönen Ferrari Ferrari + 0:00.260 116
3. Y.Trulli Toyota Toyota + 0:00.520 141

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*