Rəsmən: Binotto istefa verib

Ferrari komandasının rəhbəri Mattia Binotto vəzifəsindən istefa verib.

F-1.az xatırladır ki, uzun müddət idi ki, Mattianın Ferrari-dən ayrılacağı ilə bağlı söz-söhbətlər gedirdi. Nəhayət ki, Binottonun komandadan ayrılığı rəsmən açıqlanıb.

Binotto Ferrari-yə 1994-cü ildə mühəndis kimi gəlmiş və burada komanda rəhbərliyinə qədər yüksəlmişdi. İtaliyalı mütəxəssis dekabrın 31-ə qədər vəzifəsini icra edəcək.

Ferrari-nin icraçı direktoru Benedetto Vinya: “Ferrari-də keçirdiyi 28 ilə görə Mattiaya görə təşəkkür edirəm. Keçən il yenidən güclü maşın düzəltmək üçün əlindən gələni etdi”.

Mattia Binotto: “Böyük məyusluqla Ferrari-dən ayrıldığımı deyirəm. 28 ildir bir parçası olduğum və sevdiyim şirkətdən əlimdən gələnin ən yaxşısını edərək ayrılıram. Arxamda işinə köklənmiş və gedərək böyüyən komanda qoyub gedirəm. Bu komanda ən böyük hədəflərə hazırdır.

Bu qərarı qəbul etmək mənim üçün çətin idi, ancaq bu, çox doğru addımdır. Çətin və eyni zamanda gözəl günlərdə yanımda olan bütün komandaya təşəkkür edirəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*