RED BULL KART FIGHT AZERBAIJAN

19 may – 17 iyun 2012-ci il Kartda hamıdan sürətli sənsən? Red Bull Kart Fight-da iştirak et, Azərbaycanda ən yaxşı […]

19 may – 17 iyun 2012-ci il

Kartda hamıdan sürətli sənsən?
Red Bull Kart Fight-da iştirak et, Azərbaycanda ən yaxşı olduğunu sübut et və sürücülük istedadını bütün dünyaya elan et!

Red Bull Kart Fight – artıq 5 ildir ki, bütün dünyada keçirilən həvəskar kartinq üzrə beynəlxalq çempionatdır. Bu il yarışma ilk dəfə olaraq Azərbaycanda keçirilir. Biz Azərbaycanı İtaliyada çempionatın dünya finalında təmsil edəcək qeyri-peşəkar sürücünü axtarırıq. 13 yaşı tamam olmuş istənilən şəxs Red Bull Kart Fight yarışlarında iştirak edə və çempion ola bilər!

1. İŞTİRAK ET

Baku Karting və Olimpik Star mərkəzlərində 19 may tarixindən 1 iyun tarixinədək keçiriləcək yarışmaların seçmə turlarında iştirak et. Kartinq mərkəzlərindən birində anketi dolduraraq, ən yaxşı dövrə vaxtına nail olmaq və kartinq mərkəzinin TOP pilotlarının siyahısına düşmək üçün qeyri məhdud sayda giriş edə bilərsən. Hər bir giriş kartinq mərkəzi tərəfindən müəyyən edilmiş standart bilet qiyməti ilə ödənilir.

2. YARIMFİNALA KEÇ

Seçim turunun nəticələrinə görə, 60 ən yaxşı pilot ən yaxşı 12 finalçının arasında olmaq üçün 3 iyun tarixində yarımfinalda yarışacaq.

3. FİNALDA ƏN YAXŞISI SƏN OL

Red Bull Kart Fight-ın 12 ən güclü iştirakçısı 17 iyun tarixində finalda görüşəcək və onlardan yalnız biri qalib olacaq. Final iştirakçıları Red Bull Racing Formula 1-in çempion komandası ilə görüşmək, Formula 1-in həqiqi bolidini görmək və qalibə prizi təqdim edəcək Formula 1-in əfsanəvi sürücüsü Dəvid Kultharddan məsləhət almaq şansını əldə edəcəklər.

Milli finalın qalibi Azərbaycanı Red Bull Kart Fight-ın ən yaxşı sürücülərinin çempionatında təmsil etmək və həvəskar kartinq yarışında iştirak edib dünya çempionu adını almaq üçün İtaliyada keçirilən dünya finalına gedəcək!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*