22 Oktyabr 2019, Çərşənbə axşamı - 20:24

Racing Point bir daha adını dəyişəcək

Racing Point bir daha adını dəyişəcək

Müəllif: Rauf Hacıyev, redaktor

11:06 - 07 Dekabr, 2018

Racing Point komandasının rəhbəri Otmar Safnauer bildirib ki, bu ad müvəqqətidir və yeni ad 2019-cu il mövsümündən əvvəl elan ediləcək.

F-1.az bildirir ki, komandanın yeni sahibi Lourens Strollun Racing Point adı ilə əlaqəsi yoxdur və yeni ad üçün danışıqlar gedir.

Otmar Safnauer: “Bu ad müvəqqətidir. Yeni ad 2019-cu il mövsümündən əvvəl açıqlanacaq”.

Qeyd edək ki, komanda və şassi adı dəyişmək əvvəlki kimi çətin deyil. Çünki FİA-nın yeni qaydalarına əsasən, F1 komissiyası və digər komandaların razılığı məcburi deyil. Sadəcə FİA-ya baş vurub, bürokratik işləri düzgün yerinə yetirmək lazımdır.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 396
Teqlər
Paylaş

logo