Qasli Alpine-də podiumlar üçün mübarizə aparacağını gözləyir

Gələn il Pyer Qasli karyerasını Alpine komandasında davam etdirəcək - fransalı sürücü bu keçidə böyük ümidlər bəsləyir

F-1.az xəbər verir ki, Pyer həmyerliləri ilə yeni mövsümdə ilk üçlükdə mübarizə aparacağını gözləyir.

Pyer Qasli: ​​“Ötən mövsüm Alpine dördüncü ən güclü komanda oldu. Növbəti məqsəd ilk üçlüyə düşməkdir və bunun üçün ilk üçlükdə olan komandalara qarşı mübarizəyə qoşulmaq lazımdır. Mən ürəkdən inanıram ki, biz bunu edə bilərik, çünki son bir neçə ildə komanda böyük irəliləyiş əldə edib.

Alpine-in mütləq sürəti var. Əgər 2023-cü ilin maşını ilə irəliyə doğru növbəti addımı atmağı bacarsaq, o zaman güclü iddiaçılar olacağıq və ilk beşlikdə, hətta ilk üçlükdə yerlər uğrunda mübarizə apara biləcəyik”.

Yeni komanda yoldaşı Esteban Okon haqqında danışan Pyer əmin edib ki, aralarındakı bütün fikir ayrılıqları keçmişdə qalıb: “Bilirəm ki, mətbuat çətin münasibətlərimizdən danışmağı xoşlayır. Heç kimə sirr deyil ki, Estebanla münasibətlərimdə eniş-yoxuşlarımız olub, amma biz bir-birimizi 20 ildir tanıyırıq. Biz birlikdə böyümüşük, lakin Formula 1-də illər keçdikcə keçmişimizi arxada qoymuşuq. İndi yaxşı münasibətimiz var və nəyinsə dəyişməsi üçün heç bir səbəb görmürəm.

Pit-leynə baxın – istənilən komandada rəqabət var. Onun sağlam qalması və zəhərli olmaması vacibdir. Esteban və mən komandanı birlikdə irəli aparacaq qədər yaşlı və ağıllıyıq.

Trasda hər kəs əlindən gələni etməyə çalışır, amma hörməti qorumaq vacibdir. Görürəm ki, insanlar hekayəni şişirtməyə çalışırlar, amma bu, məni güldürür. Mən bundan narahat deyiləm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*