Colion Palmer: “Son Qran Prilərə baxanda görünür ki, rəqiblər Mercedes-dən geriliyi azaldırlar. Lyuis və Ferrari əla formadadır, Ferstappen bir neçə yarışda ilk cərgədən start götürüb, McLaren sürücüləri yenidən mübarizəyə qayıdıblar – Mercedes-in əvvəlki hökmranlığı artıq yoxdur.
Əlbəttə, Mercedes hadisələrin inkişafına reaksiya verəcək, onlar hələ də çox sürətlidirlər və yaxın yarışların keçiriləcəyi traslar onlara çox uyğundur. Həmçinin Avstriya Ferrari-nin də xeyrinədir, ona görə Lyuisin yenidən şansı var.
Həmilton sabitdir, Ferrari-nin maşını nəzərəçarpacaq dərəcədə təkmilləşib. Barselonada işə yarayan yeniliklər onun aerodinamik səmərəliliyini artırdı – əks halda onlar aerodinamikaya tələbkar olan trasda qələbə qazana bilməzdilər. Aydın məsələdir ki, ilk yarışlarda gördüyümüz Mercedes-lə digər komandalar arasındakı böyük uçurum tədricən azalır”.





