20 Avqust 2019, Çərşənbə axşamı - 18:16

P.di Resta sabiq komandasını tənqid edib

P.di Resta sabiq komandasını tənqid edib

Müəllif: Rauf Hacıyev, redaktor

11:09 - 03 Fevral, 2018

Williams komandasının sabiq test sürücüsü Pol di Resta bildirib ki, təcrübəsiz sürücü heyəti britaniyalılar üçün təhlükədir.

F-1.az xatırladır ki, Willilams komandası bu ildən etibarən Ləns Stroll və Sergey Sirotkinlə yarışacaq. İki sürücünün yaşının cəmi 41-dir və Britaniya təmsilçisi peletonun ən gənc komandasıdır.

Pol di Resta: “Bu riskli qərardır. Sürücülərin təcrübəsi çox azdır. Əlbəttə, Ləns bir mövsüm keçirib. Sirotkin isə debüt edəcək. Buna görə də Williams-ın işi Renault və McLaren-dən çətin olacaq. Niyə belə etdilər? İllər keçdikcə Mercedes mühərriyini istifadə etmək üçün təcrübə azalır və bu, böyük riskdir. Amma onlar da ən yaxşı qərarı verməyə çalışdılar”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 264
Teqlər , , ,
Paylaş

logo