M.Uitmarş sürücülərini tərifləyib

McLaren komandasının başçısı martin Uitmarş hesab edir ki, komandanın Şanxayda qazandığı yeddi xal çətin uik-endin əla nəticəsidir. Heykki Kovalaynen finiş […]

McLaren komandasının başçısı martin Uitmarş hesab edir ki, komandanın Şanxayda qazandığı yeddi xal çətin uik-endin əla nəticəsidir. Heykki Kovalaynen finiş xəttini beşinci keçib, Lyuis Həmilton isə onun ardınca olub və bu hələlik komandanın mövsümdə ən yaxşı nəticəsidir…

Martin Uitmarş: “Yaxşıdır ki, komanda xeyli xal qazanıb. Mövsümün belə qəribə startından sonra biz Mühəndislər Kubokunda dördüncü yerdəyik, amma komanda gərgin işləyirdi və bu nəticəyə layiqdir.

Biz başa düşürük ki, maşın hələ rəqabətədavamlı deyil, hələ çox işləməliyik, maşınınn sürətini artırmalıyıq. Bu uzun yoldur, amma bütün şəraiti nəzərə almaqla Şanxayda biz yaxşı nəticə göstərdik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*