Lindblad Qasli tərəfdən qisasdan ehtiyat etmir

Yarışın gedişində Arvid Lindblad pit-leyndən keçid cəzası alıb və faktiki olaraq xallar uğrunda mübarizədən kənarda qalıb, lakin Mühəndislər Kubokuda komandanın itkilərini məhdudlaşdırmaq üçün Pyer Qaslini uzun müddət arxasında saxlayıb.

Fransalı finişdən sonra bildirib ki, Racing Bulls onun yarışını korlayıb və əvəzini çıxacağını vəd edib…

Pyer Qasli: “Racing Bulls çempionatdakı mövqelərinə görə komanda oyunu oynadı və bunda müəyyən qədər uğur qazanaraq mənim yarışımı korladı. Xoşbəxtlikdən, yaddaşım yaxşıdır, ona görə də ilin sonunda bunu gülümsəyərək xatırlamağımıza mən diqqət yetirəcəyəm”.

Lindblad isə cavabında hədələrdən qorxmadığını deyib: “Mən sadəcə komandanın maraqları naminə hərəkət edirdim. Bilmirəm. Yaddaşının yaxşı olması pis deyil, amma biz sadəcə hər uik-end əlimizdən gələnin maksimumunu edirik. Əslində, mən özüm artıq mübarizədə deyildim, buna görə də bəli, komandaya kömək etmək üçün bacardığım hər şeyi etdim”.

,