23 Sentyabr 2019, Bazar ertəsi - 07:38

L.Həmilton daha güclü xidməti maşın alacaq

L.Həmilton daha güclü xidməti maşın alacaq

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

18:33 - 26 Fevral, 2011

Keçən ilin mart ayında Avstraliya Qran Prisi ərəfəsində Lyuis Həmilton Melburn yol polisi tərəfindən saxlanılmışdı. Gümüşü Mercedes-in sükanı araxsında Fitsroy […]

Keçən ilin mart ayında Avstraliya Qran Prisi ərəfəsində Lyuis Həmilton Melburn yol polisi tərəfindən saxlanılmışdı. Gümüşü Mercedes-in sükanı araxsında Fitsroy küçəsində britaniyalı dünya çempionu yerdə dövrələr vururmuş, bu isə yerli asayiş keşikçilərinin xoşuna gəlməmişdi…

Səhər günü Həmilton rəsmi bəyanatla üzr istəmişdi, avqust ayında isə yerli məhkəmə sürücünü 500 Avstraliya dollarına (445 Amerika dolları) cərimə etmişdi.

Bu il Melburnda Lyuis daha güclü xidməti maşın alacaq – keçənilki 457 at qüvvəsi olan Mercedes-Benz C63 AMG-nin əvəzinə G55 AMG.

Mercedes-in yerli nümayəndəsi bildirib ki, “biz Lyuisə daha görkəmli maşın vermək istəyirik və bu keçənilki insidentlə əlaqədar deyil…”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 485
Teqlər
Paylaş

logo