L.Norris: Poul qazana bilərdim

McLaren komandasının sürücüsü Lando Norris bildirib ki, Belçikada sıralanma turunda qəza etməsəydi, poul uğrunda mübarizə apara bilərdi.

F-1.az xatırladır ki, britaniyalı sürücü Belçikada poul üçün ideal namizəd idi. Amma gənc pilot sıralanma turunun son sessiyasında Radillonda bariyerlərə çırpılaraq mübarizəni dayandırmışdı. Bu qəzadan bir neçə dəqiqə əvvəl isə Sebastyan Fettel sessiyanın qırmızı bayraqla dayanmasını istəmişdi.

Qəzadan sonra hospitalda müayinəyə aparılan Norrisin problemi olmadığı aşkarlanıb və o, bugünkü yarışda çıxış edə biləcək. Lakin qəzaya görə 23 yaşlı pilotun maşınında ötürmələr qutusu sıradan çıxıb və o, bugünkü yarışın startında 5 yer itirəcək və 14-cü yerdən start alacaq.

Lando Norris: “Hər şey yaxşı gedirdi. Birinci sessiyadakı ilk dövrədən etibarən hər şey istədiyim kimi idi. Boliddə özümü yaxşı hiss edirdim. Son sessiyada trasa çıxanda şərait çox təhlükəli idi. Trasa çıxış dövrəmdə trasın çox yaş olduğunu gördüm. Orada sessiyanın dayandırılmalı olduğunu dedim, çünki maşın çox sürüşürdü. Buna görə də çətin idi. Belə hallarda necə sürəcəyimizə qərar verməliyik. Orada bir az qaza basdım və Qırmızı Su dərəsinin ortasında maşının sürüşməsi heç də yaxşı hal deyil. Sonu belə olur.

Təbii ki, özümü pis hiss edirəm. Hər şey qaydasında idi. Bolid yanırdı. ilk iki sessiyada hər şey əla idi. Asanlıqla poul uğrunda mübarizə apara bilərdim. İndi isə komanda mənə görə çoxlu işləməlidir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*