S.Vandorn narahat deyil

McLaren komandasının sürücüsü Stoffel Vandorn gələcəyindən narahat deyil.

F-1.az xatırladır ki, belçikalı sürücü qeyri-stabil performans göstərdiyi üçün çoxsaylı tənqidlərə hədəf olub.

Stoffel Vandorn: “Hazırda gələcəyimlə bağlı heç nə düşünmürəm. Öz performansıma fokuslanıb boliddən maksimumu çıxarmağa çalışıram. McLaren ilə uzunmüddətli müqaviləm var və buna görə də bu cür dedi-qodulara qulaq asmıram. Rəqabətədavamlı bolidlə yarışmağa hazıram. McLaren-lə bunu bacara bilərik. Təbii ki, mən də yaxşı iş görməliyəm. Komanda mənə güvənir və mən də onların güvənini doğrultmaq üçün əlimdən gələni edirəm. Hazırda narahat deyiləm və işimə fokuslanmışam”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*