Korrea Formula2-də tam mövsüm keçirəcək

Xuan Manuel Korrea 2023-cü ildə Formula2-də tam bir mövsüm yarışacaq. Amerikalı sürücü bu il Formula3-də yarışıb,

F-1.az xəbər verir ki, mövsümü on üçüncü yerdə başa vuran sürücü Van Amersfoort Racing komandası ilə Əbu Dabidə Formula2-nin son mərhələsinə qatılıb. Niderlandı təmsil edən komanda Korrea ilə gələn il üçün müqaviləsini bu gün açıqlayıb.

Xuan Manuel Korrea: “Formula2-yə tam mövsümə qayıtmaq mənim üçün insanların təsəvvür edə biləcəyindən daha çox şey deməkdir. Bu, təkcə özlüyündə bir nailiyyət deyil, həm də son üç ildə çalışdığım məqsədin reallaşmasıdır, ona görə də qayıdış çox emosionaldır.

Mən Van Amersfoort Racing-ə fürsət üçün çox minnətdaram. Mən son dərəcə motivasiyalıyam, uğura acam və komandanı tanıyıram. Əminəm ki, Riçard Fershorla birlikdə əla pilot cütlüyü olacağıq. Biz bir-birimizi daim təkmilləşdirməyə sövq edəcəyik, çünki hər ikimiz də gələn mövsümdə yaxşı çıxış etmək istəyirik.

Formula2-də böyük rəqabət var və hesab edirəm ki, komanda debüt mövsümündə əla iş gördü. Kiçik təcrübələrini nəzərə alaraq, onlar təsirli çıxış etdilər. Birlikdə işləməyi və komandanın yaxşılaşmasına kömək etməyi səbirsizliklə gözləyirəm – bizi çox maraqlı mövsüm gözləyir!”

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*