06 Dekabr 2019, Cümə - 07:53

Honda: Komandanın ciddi alıcısı yoxdur

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

19:52 - 26 Fevral, 2009

Keçən ilin dekabrında Honda Motor konserninin rəhbərliyi Formula1-i tərk etməklə komandanı satmağı qərara almışdı. Bundan sonra mümkün alıcılar barədə müxtəlif […]

Keçən ilin dekabrında Honda Motor konserninin rəhbərliyi Formula1-i tərk etməklə komandanı satmağı qərara almışdı. Bundan sonra mümkün alıcılar barədə müxtəlif şayiələr gəsirdi, amma bu gün Tokioda mətbuat konfransında konsernin icraçı direktoru Takeo Fukui bildirib ki, variantlardan heç birini o ciddi hesab etmir. Mətbuat konfransından əvvəl keçirilmiş direktorlar şurasının iclasında isə iyun ayında Fukuinin tutduğu vəzifədən gedəcəyi elan olunub – onu Takanobu İto əvəz edəcək…

Takeo Fukui: “Komandanın satılması üzrə bir neçə təklif var, amma indiyə kimi biz ciddi alıcı görmədik. Etiraf etməliyik ki, komandanın satılması prosesi mürəkkəb oldu.”

Bu gün Mercedes rəhbərliyinin komandaya motor təchizatı üçün müqavilə bağlanmasına ayrılmış sonuncu gündür, ümumiyyətlə, bu həftə Honda Racing komandasının taleyi həll olunacaq…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 354
Teqlər
Paylaş

logo