G.Ştayner: Orta qrupda möhkəmlənməliyik

Haas komandasının rəhbəri Günter Ştayner bildirib ki, növbəti mövsüm orta qrupda möhkəmlənmək istəyirlər.

F-1.az xatırladır ki, Haas komandası çətin keçən iki mövsümdən sonra 2022-ci il mövsümünə yaxşı başlamış, sonradan geriyə düşmüşdü. Buna baxmayaraq amerikalılar mövsümü 8-ci yerdə bitiriblər.

Günter Ştayner: “Hədəfimiz orta qrupda mübarizə aparmaqdır. Bu il bəzi yarışlarda orta qrupda olsaq da, sonra gerilədik. Daha sonra yenə orta qrupa qayıtdıq. Yəni ki, bir az enişli-yoxuşlu mövsüm oldu.

Bu il son iki mövsümə nisbətən böyük addım atdıq, amma daha da güclü olmaq istəyirik. Məqsədimiz budur. Görək nə olur”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*