Force İndia VJM02 Xeresdə debüt edib

Force İndia komandasının sahibi Vicey Malya bir il Mayk Qaskoynla texniki şöbənin başçısı və Kolin Kolleslə komanda başçısı kimi çalışaraq […]

Force İndia komandasının sahibi Vicey Malya bir il Mayk Qaskoynla texniki şöbənin başçısı və Kolin Kolleslə komanda başçısı kimi çalışaraq radikal dəyişikliklər etmək qərarına gəldi. Keçən ilin sonunda hər iki həlledici əməkdaş istefaya göndərildi, McLaren Mercedes-lə motor, ötürmələr qutusu və KERS sisteminin təchizatı üzrə müqavilə imzalandı, McLaren-in yarış mühəndisi Saymon Roberts komandanın əməliyyat direktoru təyin olundu.

Beləliklə, bir il əvvəl Ferrari motorları üçün ödədiyindən bir qədər çox sərmayə yatırmaqla Malya bir güllə ilə iki dovşan vurmuş oldu və ən əsası – McLaren tərəfindən texniki dəstək. Yeni VJM02 layihə direktoru Mark Smit və texniki direktor Ceyms Ki tərəfindən hazırlanıb, proses cəmi beş ay davam edib. Səhər maşın jurnalitslərə göstərildikdən sonra trasa çıxıb. İlk gün yeni maşını Cankarlo Fizikella, sonrakı günlərdə isə Adrian Sutil sınaqdan çıxaracaqlar….

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*