FİA qaydaları gələn ildən tətbiq etməyə hazırdır

FİA bir az əvvəl mətbuatla yayılmış Formula1 komandaları assosiasiyasının (FOTA) bəyanatına operativ reaksiya verib, xatırladaq ki, FOTA martın 17-də Ümumdünya […]

FİA bir az əvvəl mətbuatla yayılmış Formula1 komandaları assosiasiyasının (FOTA) bəyanatına operativ reaksiya verib, xatırladaq ki, FOTA martın 17-də Ümumdünya Şurasının qəbul etdiyi düzəlişlərin qeyri-qanuni olduğunu bəyan edib. Komandalar dünya çempionunun müəyyən olunmasının yeni qaydalarının əlyehinədirlər, reqlamentə əsasən isə, çempionata belə qısa müddət qalmış dövrdə qəbul olunmuş qaydalar bütün komandaların yekdil təsdiqini tələb edir. Federasiya qərarını ləğv etməyib, sadəcə tətbiq olunma vaxtını dəyişib…

FİA-nın bəyanatı

“Martın 17-də Ümumdünya Şurası FOTA-nın Formula1-də sürücülərə xal hesablanması sistemindəki dəyişikliklər barədə təklifini rədd edib. Formulanın kommersiya hüquq sahibi “Qalib hər şey alır” prinsipini təklif edib və bildirib ki, onu bütün komandalar dəstəkləyir. Yalnız bundan sonra qaydalara yeni düzəlişlər qəbul olunub.

Əgər hər hansı bir səbəb üzündən Formula1 komandaları yeni sistemlə razı deyillərsə, onda onun tətbiqi 2010-cu ildən qüvvəyə minəcək.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*