Ferrari aprelin 8-dək tətilə çıxıb

Ferrari-nin nümayəndəsi bəyan edib ki, komanda FİA-nın yay fasiləsinin vaxtının dəyişdirilməsi haqqında qərarı tamamilə dəstəkləyir.

F-1.az xatırladır ki, elə Ferrari-nin təşəbbüskarı olduğu təklifi dünən FİA-nın Avtoİdman üzrə Ümumdünya Şurası təsdiq edib.

“Scuderia Ferrari Mission Winnow komandası da personalı ilə birgə İtaliyada və bütün dünyada olduğu milyonlar kimi COVİD-19 virusu ilə qarşılaşır və FİA və Formula-1-in yay fasiləsinin dəyişdirilməsi barədə qərarını dəstəkləyir. Scuderia Ferrari-nin bazası 19 mart -8 aprel tarixlərində bağlı olacaq”, – deyə komandanın yaydığı bəyanatda bildirilir.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*