D.Hill: Stroll çempion olmaq üçün fikrini F1-ə toplamalıdır

Sabiq dünya çempionu Aston Martin-in gənc sürücüsünün titul qazanmaq üçün nə etməli olduğundan danışıb.

F-1.az xatırladır ki, komandanın hazırladığı AMR23 ilk 3 yarışda kifayət qədər rəqabətçil olub və sürücülərə yüksəkr yerlər uğrunda mübarizə imkanı verir.

Ləns Stroll: “Əvvəla, Ləns qarşısına Fernando Alonsonun karyerasını bitirmək vəzifəsini qoymalıdır. Bəli, çətin səslənir, amma indi Corc Rassell Mercedes-də Lyuis Həmilton, Haas-da isə Kevin Maqnussen təcrübəli Niko Hülkenberqə eyni şeyi etməyə çalışır. İstənilən pilot komandaya rəhbərlik etdiyini sübut etməlidir. Stroll da uğur qazanmaq istəyirsə, hər şeyi unudub yalnız Formula1-də yaşamalıdır. Düşünürəm ki, bunu başa düşür. Lens yetkinləşib və nə istədiyini bilir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*