Barselona testlərinin ikinci günü hava yaxşı olub, düzdür, səhər komandalar axşamkı yağışdan sonra nəm trasda işə başlayıblar, amma tezliklə göyün üzü açılıb və asfalt tez quruyub. Kimi Rəykkönen ptokollara başçılıq edib. Ferrari maşının sazlanmasının müxtəlif varinatlarını müqayisə edib və yarış uik-endini imitasiya edib, amma KERS-in soyutma sistemindəki problem üzündən iş yarımçıq dayandırılıb. Belə bir problem isti Bəhreyndə də yaranmışdı, indi isə soyuq Barselonada bir daha təkrar olunub. İnsidentə qədər Kimi 55 dövrə vurub, sabah onu Felipe Massa əvəz edəcək. Testləri Mixael Şumaher komandanın boksundan izləyib.
İkinci olmuş Kazuki Nakacima Rubens Barrikellonu cəmi 0.06 saniyə qabaqlaya bilib. Yeni BGP01 nəinki sürətli, həm də etibarlı alınıb – braziliyalı sürücü keçən ilin son yarışından sonra birinci dəfə sükan arxasında oturub və 111 dövrə vurub. Yarno Trulli günün ən böyük məsafəsini (121 dövrə) qət etməklə dördüncü nəticəyə imza atıb. Mark Uebberin Red Bull-unda elektronik problemlər yaşanıb, avstraliyalı sürücü cəmi 66 dövrə vurmaqla altıncı nəticəni göstərib. Dünən birinci olmuş Nik Haydfeld bu gün altıncı yerlə kifayətlənib. BMW Sauber də bu gün yarış uik-endini imitasiya edib və heç bir problemlə üzləşməyib.
Adrian Sutil Fernando Alonsonu qabaqlayıb, Heykki Kovalaynen isə yenə də zəif nəticə göstərib. Düzdür, protokolların son iki sətrini Toro Rosso sürücüləri tutublar, amma səhər tezdən Sebastyen Burde trasa çıxan kimi maşının qabaq asılqanında problem yaranıb və komanda bazadan ehtiyat hissələrini gözləməli olub. Ona görə də sükan arxasına Sebastyen Buemi oturub və yeni maşınla tanış olub, o bir neçə dəfə trasa çıxıb və yenidən boksa qayıdıb. Sabah komanda sağlam maşınla testləri davam etdirəcək.
Nəticələr belə olub:
Pilot | Komanda | Motor | Vaxt | Dövrə |
1. K.Rəykkönen | Ferrari | Ferrari | 1:20.314 | 55 |
2. K.Nakacima | Williams | Toyota | + 0:00.593 | 66 |
3. R.Barrikello | Brawn GP | Mercedes | + 0:00.652 | 111 |
4. Y.Trulli | Toyota | Toyota | + 0:00.868 | 121 |
5. M.Uebber | Red Bull | Renault | + 0:01.033 | 66 |
6. N.Haydfeld | BMW Sauber | BMW | + 0:01.301 | 127 |
7. A.Sutil | Force İndia | Mercedes | + 0:01.520 | 82 |
8. F.Alonso | Renault | Renault | + 0:01.623 | 111 |
9. H.Kovalaynen | McLaren | Mercedes | + 0:01.677 | 88 |
10. S.Burde | Toro Rosso | Ferrari | + 0:02.725 | 14 |
11. S.Buemi | Toro Rosso | Ferrari | – | 6 |