Toto Volff karyerasının ən yaddaqalan yarışı barədə…

Mercedes komandasının başçısı Toto Volff karyerasında ən yaddaqalan yarışın 2014-cü il Avstriya Qran Prisi olduğunu açıqlayıb.

F-1.az xəbər verir ki, həmin yarışın startında birinci cərgəni onun həmsahibi olduğu Williams komandasının sürücüləri tutmuşdular, finişdə isə ilk dörd yeri onun rəhbərlik etdiyi Mercedes MotorSport-un mühərrikləri quraşdırılmış maşınlar tutmuşdular.

Toto Volff: “O zaman mənim Williams-la emosional bağlılığım var idi, Syuzi komandanın bir hissəsi idi, mən isə səhmlərinə sahib idim. Avstriyada Mercedes və Williams sürücüləri birinci, ikinci, üçüncü və dördüncü oldular və mən bu iki komandanın həmsahibi idim.

Yadımdadır, mən Şpilberqdəki yarış məktəbində təlimatçı olarkən işə getdiyim yolla evə qayıdırdım və öz-özümə dedim ki, bu, sadəcə ola bilməz. Bir az əvvəl mənim iki komandam Formula1 Qran Prisində ilk dörd yeri tutmuşdu – bu, həqiqətən xoşbəxt an idi.

Ancaq bu sevinc həmişə yalnız bir neçə saat davam edir. Qələbə kuboklarını götürüb növbəti yarışa hazırlaşmağa başlayırsınız”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*