MotoGP yarışların yarısından çoxunu İspaniyada keçirəcək

MotoGP çempionatının təşkilatçıları 2020-ci il mövsümü üçün təqvimin yeni versiyasını dərc ediblər. Çempionat İspaniyanın Xeres trasında iyulun üçüncü həftəsonunda start alacaq.

F-1.az bildirir ki, çempionatın ikinci mərhələsi də orada keçiriləcək və Əndəluziya Qran Prisi adlanacaq.

Ümumilikdə yeni təqvim 13 mərhələdən ibarətdir. Onlardan 7-si İspaniyada keçiriləcək. Koronavirus pandemiyasının səbəb olduğu karantin üzündən təqvimdə beş Avropa ölkəsinin səkkiz trası yer alıb. Təqvimin ilkin versiyasında isə dörd qitənin 16 ölkəsində 20 yarış keçirilməli idi.

Təşkilatçılar cədvəlin yeni mərhələlərlə doldurulma ehtimalını istisna etməyiblər. Bununla belə, son yarış dekabrın 13-dən gec olmayaraq baş tutmalıdır.

Tarix Mərhələ Tras
1. 19 iyul İspaniya Qran Prisi Xeres
2. 26 iyul Əndəluziya Qran Prisi Xeres
3. 9 avqust Çexiya Qran Prisi Brno
4. 16 avqust Avstriya Qran Prisi Şpilberq
5. 23 avqust Ştiriya Qran Prisi Şpilberq
6. 13 sentyabr San Marino Qran Prisi Mizano
7. 20 sentyabr Emiliya Romanya Qran Prisi Mizano
8. 27 sentyabr Kataloniya Qran Prisi Barsleona
9. 11 oktyabr Fransa Qran Prisi Le Man
10. 18 oktyabr Araqon Qran Prisi Alkanyis
11. 25 oktyabr Teruel Qran Prisi Alkanyis
12. 8 noyabr Avropa Qran Prisi Valensiya
13. 15 noyabr Valensiya Qran Prisi Valensiya
,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*