MotoGP bu dəfə Yaponiya yarışını ləğv edib

Yaponiya Qran Prisi koronavirus epidemiyası səbəbiylə MotoGP-nin ləğv edilən altıncı mərhələsi olub. Daha əvvəl isə təşkilatçılar Britaniya, Avstraliya, Niderland, Almaniya və Finlandiyada yarışları ləğv etmişdilər.

F-1.az xatırladır ki, MotoGP çempionatı pandemiya səbəbindən başlaya bilməyib. Mərhələlərin bir hissəsi təxirə salınıb, ancaq mövsüm iyulun ortalarında Xeresdə cüt yarışla başlamaya bilər. Çempionatda mümkün qədər çox mərhələ keçirmək üçün MotoGP-nin rəhbərliyi yarışları yalnız Avropada noyabrın ortalarına qədər keçirməyə qərar verib. Bundan sonra yapon mərhələsini Moteqidə keçirmək iqlim səbəblərinə görə qeyri-mümkün olub.

Yaponiya Qran Prisi 1986-cı ildən bəri ilk dəfə MotoGP təqvimindən yox olacaq. Çempionat hələ ilin sonunda ABŞ, Argentina, Malayziya və Tailandda mərhələ keçirməyə ümid edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*