M.Krak: Bu, fantastikadır

Aston Martin-in rəhbəri Mayk Krak komandası üçün mövsümün startını şərh edib və Fernando Alonsonun xidmətlərinə ayrıca toxunub.

F-1.az xəbər verir ki, bu mövsümün ən çox danışılan mövzularından biri də Aston Martin-in mövsümə uğurla başlamasıdır. Komanda ilk yarışlardan sonra aşkar ikinci ən güclü komanda təsiri bağışlayıb.

Mayk Krak: “Bu, sadəcə fantastikdir. Əgər kimsə mövsümün əvvəlində üç yarışdan sonra üç podiuma çıxacağımızı desəydi, ona inanmazdım. Bu üç podiumla Fernando Alonso əsl dünya çempionu olduğunu göstərdi. O, sadəcə inanılmazdır. Alonso həmişə sabit və ardıcıl nəticələr əldə edir. Cari mövsümdə bütün sessiyalarda həmişə formada olub. Hər sərbəst yürüşdə bizimlə birlikdə zirvədə idi. O, həmişə limitə qədər sürməyi bacarır”.

Xatırladaq ki, ilk 3 yarışdan sonra ispan sürücü 45 xalla sürücülər çempionatında üçüncüdür. Onun komanda yoldaşı Ləns Stroll isə 20 xal toplayıb. Aston Martin 65 xalla Mühəndislər Kubokunda ikincidir.

 

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*