Lekler Ferrari-ni təbrik edib

Şarl bu il ilk dəfə Le Mandakı yarışı ziyarət etmək qərarına gəlib və Ferrari-nin tarixi qələbəsinin şahidi olub.

F-1.az bildirir ki, Maranelloda Dünya Dözümlülük Çempionatı üçün möhtəşəm hiperkar yaradılıb və İtaliya komandası Toyota-nın uzun müddət davam edən üstünlüyünü qıra bilib. 24 saatlıq marafon başa çatdıqdan sonra Scuderia-nın sürücüsü həmkarlarını bu uğur münasibətilə təbrik edib.

Şarl Lekler: “Əlbəttə, mən tamamilə şən əhval-ruhiyyədəyəm! Ferrari komandası yüksək dözümlülük kateqoriyasında uzun illərdən sonra Le Man-da qələbə qazandı və bu, çox xüsusi bir hadisədir. Ferrari-nin ikinci heyəti bir az şanssız idi – bildiyimə görə, 50 nömrəli avtomobilin radiatorlarından birinə kiçik bir daş düşdü və bunun nəticələrinin aradan qaldırılması çox vaxt apardı.

Le Manda ilk dəfədir ki, komandamızı dəstəkləmək istəyirdim və qələbəmizə çox şadam. Bu, inanılmaz təcrübə idi! İstisna etmirəm ki, gələcəkdə mən də bu yarışın startında yer alacağam – niyə də olmasın? Mən bu möhtəşəm tədbirin bir hissəsi olmaq istərdim. Təbii ki, nə vaxtsa bunu etmək istəyəcəyəm, baxmayaraq ki, bunun nə vaxt olacağını bilmirəm. Bu arada təkrar edirəm ki, Ferrari-nin bugünkü nailiyyəti ilə fəxr edirəm. Bu sadəcə fantastikdir!”

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*