K.Royteman dünyasını dəyişib

Sabiq Formula1 sürücüsü Karlos Royteman dünyasını dəyişib.

F-1.az bildirir ki, argentinalı sabiq Formula1 sürücüsü 2017-ci ildən bəri qaraciyər xərçəngindən əziyyət çəkirdi. May ayında vəziyyəti pisləşən 1981-ci ilin vitse-çempionu xəstəxanaya aparılmışdı. Vəziyyəti düzələn Karlos evə buraxılmışdı. Ancaq Roytemanın vəziyyəti pisləşdiyi üçün iyunun 21-də xəstəxanaya aparılmışdı və vəziyyəti getdikcə pisləşirdi.

Pis xəbər dünən axşam gəlib və Karlos Royteman dünyasını dəyişib. 79 yaşında aramızdan ayrılan Karlos Formula1 karyerası ərzində 12 qələbə, 6 poul, 6 sürətli dövrə və 45 podium qazanmışdı. 1981-ci il mövsümündə 2-ci, 1975, 1978 və 1980-ci illərdə 3-cü olmuşdu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*