FİA mühərriklərlə bağlı reqlamentin təfərrüatını təsdiqləyib

Ənənəvi olaraq, mükafatlandırma mərasimi ərəfəsində FİA-nın Avtoİdman üzrə Ümumdünya Şurası 2026-cı il mövsümündə qüvvəyə minəcək və dünya çempionatına yeni istehsalçıları cəlb edəcək mühərrik qaydalarının əsas müddəalarını təsdiqləyib.

Əsas prinsiplər – güc qurğusu daha ucuz və effektiv olmalıdır. Mövcud arxitektura qalacaq: bunlar 1,6 litrlik V6 turbomühərriklər olacaq, lakin bahalı (yeni istehsalçılar üçün) MGU-H modulu olmadan və daha çox MGU-K gücü ilə – kinetik enerjidən qidalanan generatorun gücü 120 kVt-dan 350 kVt-a qədər artacaq.

2026-cı il güc qurğusu üçün qaydaların ətraflı spesifikasiyası hazırda hazırlanır və gələn ilin əvvəlində FİA-nın Ümumdünya Şurasına təsdiq üçün təqdim ediləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*