Xanım Li bu həftəsonu Qudvud Sürət Festivalındadır – burada BYD öz brendlərinin üçünü – BYD, həmçinin Denza və Yangwang təqdim edir və konsernin ekspozisiyası avtomobil istehsalçılarının stendləri arasında ən böyükdür.
“Heç bir konkret layihə yoxdur, – deyə Stella Li mətbuata açıqlayıb. – Mən artıq demişdim: belə bir layihəni dərhal həyata keçirməyə dair planımız yoxdur. Bununla bağlı arzular həmişə olub, amma hələ konkret heç nə yoxdur”.
Alfredo Altavilla, konsernin müşaviri, onun fikrini bir qədər genişləndirib: “Biz yalnız texnologiyalarımız F1-in məqsədlərinə cavab verərsə, Formula1-i nəzərdən keçirməyə hazır olarıq. Biz heç vaxt bu çempionatda yalnız yarış maşınının üzərinə stikerimizi yapışdırmaq üçün iştirak etmərik. Bu pulları yatırmaq üçün daha səmərəli yollar var.
Əgər biz Formula1-in texnoloji tərəfdaşı olacağımız bir yanaşma tapa bilsək, o zaman belə əməkdaşlıqla maraqlana bilərik. Amma bunun üçün uyğun həll tapmaq lazımdır və hələ hər hansı bir şey haqqında danışmaq tezdir. Gəlin görək, F1-də yeni texniki reqlament necə inkişaf edəcək”.
Görünür, bu şərhlər FİA və Formula1-in yaxın beş ilin perspektivində hibrid komponenti əhəmiyyətli dərəcədə məhdudlaşdırılmış V8 mühərriklərinə geri dönmək planlarına aiddir – BYD isə elektrik avtomobillərinin və hibrid güc qurğularına malik avtomobillərin istehsalına üstünlük verir.

