Yaponiyanın Shiga Sports nəşri xəbər verir ki, Yuki Tsunodanın yaxın günlərdə Williams rəhbəri Ceyms Vaulzla görüşü planlaşdırılıb. Britaniya komandasında artıq Karlos Saynsın əvəzlənməsi variantları nəzərdən keçirilir, əgər ispan sürücü bu mövsümün sonunda başa çatacaq müqaviləsini yeniləmək istəməzsə.
Karlos bir neçə dəfə bildirib ki, Williams layihəsinə inanır, lakin Silverstoгnda komandanın nəticələrinin onu narahat etdiyini açıq şəkildə göstərib. Üstəlik, keçən mərhələdə Saynsın yaxın çevrəsinin görünür Audi ilə danışıqlar apardığı barədə məlumatlar yayılıb və bu, Williams rəhbərliyində narahatlıq yaradıb.
Amma unutmayaq ki, yay – Formula1-də şayiələr üçün ənənəvi mövsümdür və bu il onların sayı xüsusilə çoxdur.





