Y.Tsunoda: Komandada heç bir mənfi enerji hiss etmirəm

Alpha Tauri-nin yaponiyalı pilotu mövsümün ilk üç yarışında zəif nəticələr fonunda komandadakı ab-hava haqqında fikirlərini bölüşüb.

F-1.az xəbər verir ki, Yuki uğursuzluqlara rəğmən komandada neqativ əhval-ruhiyyə olmadığını düşünür.

Yuki Tsunoda: “Əlbəttə, biz nəticələrdən razı deyilik, lakin həmişə müsbət əhvalda qalırıq. Trasdakı işdən kifayət qədər razıyıq, biz həmişə boliddən 100 faiz nəticəni almışıq və ən vacibi də budur. Komanda onu hansı istiqamətdə inkişaf etdirəcəyini anlayır. Mühəndislik baxımından biz maşını təkmilləşdirmək üçün 100 faiz səy göstərdik və Faentsada nə edəcəklərini mükəmməl başa düşürlər.

Komandanın eyni istiqamətdə irəliləməsi əladır, ona görə də hələ də müsbət münasibətim var. Biz həmişə xallara köklənmişik. Komandada mənfi enerji hiss etmirəm”.
,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*