Y.Tsunoda: Boliddə çatışmayan cəhətlər var

AlphaTauri komandasının sürücüsü Yuki Tsunoda bildirib ki, AT04-də hələ də zəif yerlər var.

F-1.az xatırladır ki, Alphatauri komandası keçən il 35 xal toplayaraq, mövsümü 9-cu yerdə bitirmişdi. Bu da Tsunodanın özünü göstərməsinə mane olmuşdu.

Yaponiyalı sürücü bu il Alphatauri ilə üçüncü mövsümünə başlamağa hazırlaşır.

Yuki Tsunoda: “Özümü yaxşı hiss edirəm. Bolidin bəzi yerləri keçən ilə nisbətən inkişaf edib. Bu yaxşı hal olsa da, hələ də problemlər var. Bəzi sahəlrədə keçən illə eyni məhdudiyyətlərlə qarşı-qarşıyayıq. Buna baxmayaraq, 46 dövrə vurdum və bu çox deyil.

Xüsusən də, sürətli döngələrdə bolid yaxşı işləyir. Keçənilki maşın sürətli döngələrdə sürüşürdü. Bu sahədə inkişaf etmişik. Yavaş döngələrdə isə balansı artırmalıyıq. Bolid hələ stabil olmasa da, bir söz demək çətindir.

Bu gün külək sərt əsirdi. Bunun da təsiri oldu. Görək növbəti günlərdə nə olur”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*