S.Vandorn: F1 barədə düşünmürəm

Keçmiş Formula1 sürücüsü, Formula E çempionu, Aston Martin-in ehtiyat sürücüsü Stoffel Vandorn Formula1-ə qayıtmaq barədə düşünmədiyini etiraf edib.

Stoffel Vandorn: “Düzünü desəm, Formula 1 haqqında heç düşünmürəm. Bu mənim tərəfimdən yanlış olardı. Mən cari vəzifələrimə diqqət yetirmək istəyirəm”.

Xatırladaq ki, belçikalı sürücü son Formula E mövsümünü Penske komandasının heyətində çempion kimi başa vurub. Cari mövsümə isə çox da yaxşı başlamayıb və ilk yarışında sadəcə 1 xal ala bilib.

Artıq 30 yaşı tamam olmuş sürücünün bundan sonra F1-də daimi oturacaq əldə edəcəyi onsuz da inandırıcı görünmür…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*