Rəsmən: Portimao təqvimə daxil olub

Portuqaliya Qran Prisi rəsmi olaraq 2021-ci ildə Formula1 təqviminə daxil olub.

F-1.az xatırladır ki, Çin yarışı ləğv olunub, Avstraliya yarışı isə mövsümün sonlarına təxirə salınıb. Buna görə də təqvimdə mayın 2-i boş qalmışdı. Buna görə də Formula1 rəhbərliyi bu tarixə Portuqaliya Qran Prisini əlavə ediblər. Beləliklə, builki təqvim rəsmən tamamlanıb.

Yarışın azarkeşli olub-olmayacağı müəmmalıdır.
Formula1-in rəhbəri Stefano Domenikali: “Portuqaliya keçən il uğurlu yarış keçirdi və oraya qayıdacağımız üçün sevincliyik. Təşkilatçılara və Portuqaliya hökümətinə təşəkkür edirik. 2021-ci il üçün həyəcanlıyıq. Keçən il çətin vəziyyətdə 17 yarış təşkil edə bilmişdik. Ümid edirik ki, bu il də hər şey qaydasında olar. Bunun üçün işləyirik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*