Red Bull komandası 3 günlük Əbu Dabi testlərini bitirib

Red Bull cümə. şənbə və bazar günlərindən ibarət 3 günlük təkər testlərini tamamlayıb.

F-1.az xatırladır ki, Mercedes komandası İspaniyada Pirelli-nin yağış təkərlərini yoxlamışdı. Əlverişsiz hava şəraitinə görə testlər uğurlu keçməmişdi. Pirelli İspaniyadan sonra testləri Red Bull ilə Əbu Dabidə davam etdirib. RB11 şassisi ilə trasa çıxan Pyer Qasli ilk gün 81, ikinci gün 103 və son gün 93 dövrə vurub. Pirelli noyabrın ilk günlərində  Red Bull komandası ilə yağış təkərlərini, noyabrın ortalarında isə Ferrari ilə quru hava təkərlərini test edəcək. Noyabrın son günlərində  bütün komandaların iştirakı ilə Əbu Dabidə sonuncu test sessiyası keçiriləcək.

 

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*