R.Şumaxer: Həmiltonun gələcəyi müəmmalıdır

Sabiq Formula1 sürücüsü Ralf Şumaxer 2023-cü ildən sonra Həmiltonun nə edəcəyini düşünür.

F-1.az xatırladır ki, britaniyalı sürücünün Mercedes-lə müqaviləsi 2023-cü ilin sonunda bitir və tərəflər arasında danışıqlar hələ də başlanmayıb.

Ralf Şumaxer: “Corc Rassell gələn il də Lyuis Həmiltondan sürətli olsa, nə baş verəcək? Lyuis onda karyerasına davam etmək istəyəcək? Məncə, bunu düşünmək həyəcanlıdır.

Mercedes Lyuisə çox dəyər verir və buna görə də komandada qalıb qalmayacağına elə Lyuis özü qərar verəcək. Pul onun seçiminə təsir etməyəcək, çünki onsuz da pulu çoxdur. Görək yeni Mercedes hansı sürücüyə uyğun olacaq? Məncə, bu faktor hər şeyi müəyyən edəcək”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*