L.Norris: Daha çox xal lazımdır

McLaren komandasının sürücüsü Lando Norris Fransa yarışında xal almaq istəyir.

F-1.az xatırladır ki, McLaren bu il qeyri-stabil performans göstərir. Elə olur ki, onlar yarışlardan xalsız ayrılıb.

Lando Norris: “Orta qrupdakı mübarizənin sıxlığını nəzərə alsaq, xal qazanaraq tətilə getmək çox vacib olacaq. Avstriyada çətin həftəsonuna baxmayaraq, iki maşınla da xal qazandıq. Bunun hesabına Mühəndislər Kubokunda dördüncü ola bilərik. Fransada yenidən normal formata qayıdırıq və buna görə də sazlanma tapma fürsətimiz daha çox olacaq. Daha çox xal almaq üçün əlimizdən gələni edəcəyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*