L.Həmiltonun heç bir fikri yoxdur

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, cümə günü yaxşı performans göstərsələr də, harada olduqları barədə fikri yoxdur.

F-1.az xatırladır ki, britaniyalı sürücü ikinci sərbəst yürücü ikinci sərbəst yürüşlərdə 2023-cü ilin təkərlərini test edib.

Lyuis Həmilton: “Yaxşı sessiya idi və performansımızdan razıyam. Bolidi sürməkdən həzz aldım, çünki xırdalıqları anladıqca özümü daha yaxşı hiss edirdim.

İkinci sessiyada təkər testindən maksimum istifadə etməyə çalışdıq. Rəqiblərimizə nisbətən harada olduğumuzu hələ bilmirəm, çünki hamı fərqli proqramlar tətbiq edirdi. Corc ilk sessiyada olmadığı üçün fərqli proqramda idi. Mən də öz proqramıma fokuslanmağa çalışdım.

2023-cü ilin təkərləri builki təkərlər çox bənzəyir. Yarış tempində daha stabildir və qızma aralığı da yaxşıdır”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*