L.Həmilton: Yaxşı performans göstərmədim

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, sıralanma turunda pis performans göstərib.

F-1.az xatırladır ki, yeddiqat Dünya Çempionu sıralanma turunda 5-ci olsa da, yeni güc qurğusuna keçdiyi üçün yarışa 19-cu yerdən başlayacaq.

Lyuis Həmilton: “Sıralanma turu pis keçmədi, amma karyeramın ən yaxşı şənbə günü deyildi. Bolid pis performans göstərmirdi, amma tempimiz zəif olduğu üçün öndəkilərdən geridəyik. Maksimumuz elə 5-ci yer idi.

Son sektorda 0.2 saniyə itirdim. Son döngəni sürətlə dönmənin yolunu tapmalıyam. Yenə də məyus deyiləm. Səhv etmədim. Sadəcə ikinci sessiyada xırda səhv etdim və sonra bunu düzəltdim.

Çətin yarış olacaq. DRS bu trasda effekt vermir. Burada DRS qatarı da olacaq. Ötmə etmək çətindir. Çətin yarış olacaq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*