H.Marko: Peres üçün yaxşı həftəsonu deyildi

Red Bull-un məsləhətçisi Helmut Marko Melburndakı həftəsonunun nəticələrindən razıdır.

F-1.az xatırladır ki, Maks Ferstappen yarışda inamlı qələbə qazanarkən, pit-leydən start alan Serxio Peres yalnız beşinci yerlə kifayətlənməli olub.

Helmut Marko: “Maks sıralanma turunda poulu qazandı, yarışa yaxşı başlamadı, amma sonra liderliyi bərpa etdi və vəziyyətə inamla nəzarət etdi.

Serxio da əlindən gələni etdi, sadəcə onun günü deyildi. Bu trasda ötmə çətin olsa da, o, bacardı və finişə qədər yarışın ən yaxşı dövrəsini də vurdu. Düşünürəm ki, bu, Ciddədən sonra onu məmnun etdi. Amma sürət baxımından Maksla nə qədər yaxın olduqlarını gördünüz”.
, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*