G.Ştayner: Ferrari bizim üçün meyardır

Haas komandasının rəhbəri Günter Ştayner bildirib ki, Ferrari onlar üçün meyardır.

F-1.az xatırladır ki, Haas komandası Formula1-ə gələndən icazə verilən bütün detalları Ferrari-dən alır. Bu hal rəqiblərin xoşuna gəlməsə də, Günter Ştayner narahat deyil.

Günter Ştayner: “Bəlkə mənim bu fikrimə qarşı çıxa bilərsiniz, amma Ferrari-dən çox detal aldığımız üçün onlar bizim üçün meyar nöqtəsidir. Onlara baxıb, inkişaf edib-etmədiyimizi anlaya bilərik.

Ferrari ilə eyni asılqanları, ötürmə qutusunu, motoru, hidrovliki və elektronikanı istifadə edirik. Buna görə yaxşı işləsək, onlarla mübarizə apara bilərik. Aerodinamikanı təkmilləşdirməliyik. Əgər bunu etsək, qabağa gedəcəyik. Bu modelin bir problemi də var. Ferrari güclü maşın düzəltməsə, vəziyyətimiz pisdir.

Ferrari ilə aradakı fərq azalıb və sevinirik. Ferrari çempionatda dominantlıq etsə, əla olardı. Belə olan halda dördüncü yer uğrunda mübarizə apara bilərdik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*