D.Rikkardo: “Ən sürətli ikinci komandayıq”

İtaliya Qran prisinin sıralanma turunda 3-cü yeri tutan Daniel Rikkardo bildirib ki, çətinlik çəksə də, sıralanma turunun son sessiyasında əla nəticə göstərib.

F-1.az xatırladır ki, avstraliyalı sürücü sıralanma turunda 3-cü yeri tutsa da, startda 25 yer itirmək cəzası aldığı üçün sabahkı yarışa sonuncu cərgələrədən başlayacaq.

Daniel Rikkardo: “Sıralanma turu yaxşı keçdi. Bolid ilk iki sessiyada istədiyim kimi deyildi. Amma sonuncu sessiyada bunu yaxşılaşdırdıq və yaxşı nəticə əldə etdik. Ən güclü ikinci paketə sahib olduğumuz üçün xoşbəxtəm. Cəzalara görə gerilərdən start alacağımız üçün məyusuq. Amma bu tras ötmə etmək üçün əlverişlidir və əlimizdən gələni edəcəyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*