A.Elbon: “Taktikadan başım çıxmırdı”

Toro Rosso komandasının sürücüsü Aleksander Elbon bildirib ki, Həmiltonu keçə bilmədiyi üçün yaxşı nəticə əldə edə bilməyib.

F-1.az xatırladır ki, Almaniyada 6-cı olaraq karyerasının ən yaxşı nəticəsini əldə edən Elbon beşqat Dünya Çempionu Həmiltonu keçərkən bir neçə yer itirib.

Aleksander Elbon: “Qəribə idi. Özümdən və komandadan razıyam. Məncə, komanda inanılmaz iş gördü. Strategiyamız iki maşında da əla işlədi. Beşlikdə olanda tempimiz yaxşı idi. Önümüzdəkilərdən uzaqlaşmırdıq və arxadakılardan uzaqlaşırdıq. Buna görə də razıyam. Restartda Həmilton mənə çatdı. Ona keçmək istərkən bir neçə yer itirdim və rəqiblərimiz bizi keçdilər. Altıncı yerə görə məyusam. Lakin yağışda və dəyişən hava şəraitində təcrübəm yox idi. Taktika barədə heç nə bilmirdim. Komandaya dedim ki, hər şeyi özünüz həll edin”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*