A.Covinatsi Formula E-yə keçir?

Ferrari-nin gənc sürücü proqramının üzvü Antonio Covinatsi Mərakeşdə keçiriləcək testlərdə Formula E bolidinin sükanı arxasına keçəcək.

F-1.az xatırlaıdır ki, italiyalı sürücü 2017-ci ildə Avstraliya və Çin yarışlarında Sauber komandasının sükanı arxasına keçmişdi. Covinatsi 2018-ci il üçün Sauber komandasına namizəd sürücülərindən sayılsa da, isveçrəlilər Markus Eriksson və Şarl Lekler cütü ilə yarışmaq qərarına gəliblər. Covinatsi isə komandanın 3-cü sürücüsü olub.

İtaliyalı sürücü ayın 14-də Mərakeşdə keçirilicək testlərdə DS Virgin-03-ü idarə edəcək.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*