Williams-a yeni rəhbər təyin olunub

Vilyams ailəsinin İtaliya yarışından sonra idmandan getməsi ilə Williams komandasının rəhbərliyinə Simon Roberts gətirilib.

F-1.az bildirir ki, Simon bu vəzifəyə müvəqqəti olaraq gətirilib. Lakin onun burada nə qədər qalacağı hələ də məlum deyil.

Qeyd edək ki, Simon uzun illər McLaren komandasında baş əməliyyatçı olub. Bu ilin iyun ayında isə Williams komandasına müdir olaraq keçib.

Simon Roberts: “Keçid dövründə Williams komandasına rəhbər kimi gəlmək sevindiricidir. Bizim komandanı həyəcanverici və yeni dövr gözləyir. Bu dövrdə baş rolda olacağam. Komandanı ön cərgələrə gətirmək çətin olacaq və bunun üçün işləməyi səbirsizliklə gözləyirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*