Ştiriya-2020: Üçüncü sərbəst yürüşlər ləğv edilib

Bugünkü məşqlərdən əvvəl Şpilberqdə güclü yağış başlayıb. Bundan bir qədər əvvəl də Formula3 yarışı 14-cü dövrədə yarımçıq saxlanılıb.

F-1.az bildirir ki, sessiya ləğv edilməzdən qabaq Təhlükəsizlik Maşını bir neçə dəfə trasda dövrə vurub və hər dəfə start təxirə salınıb. Sürücülər bokslarda vəziyyətin yaxşılaşmasını gözləyiblər, lakin proqnozlar yağışın yerli vaxtla axşam 5 radələrində dayanacağını vəd edir.

Sıralanma turunun vaxtında başlaması hava şəraitindən asılıdır. Lakin yarış rəhbərliyi sabahın proqramında dəyişiklik etmək istəmədiyindən, təsnifat mərhələsinin bu gün baş tutması üçün uyğun məqam axtardıqlarını təsdiqləyib.

Əgər sıralanma turu ümumiyyətlə, baş tutmazsa, start düzülüşü ikinci sərbəst yürüşlərin protokollarına əsasən müəyyən ediləcək.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*